AQTA sədri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
Memorandum və saziş layihələri imzalanıb.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb.
AQTA-nın yaydığı məlumata görə, görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran AQTA sədri Q. Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində birgə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub.
Tərəflər qida məhsullarının idxal-ixracına nəzarət prosesini sürətləndirmək məqsədilə elektron sistemlərin uyğunlaşdırılması və elektron sertifikatların tanınması üzrə işlərin həyata keçirilməsi, qida məhsullarının izlənilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində müzakirələr aparıb. Görüşdə həmçinin işğaldan azad olunmuş rayonlarda heyvan xəstəliklərindən azad zonanın (HXAZ) yaradılması üzrə əməkdaşlıq, xəstəlikdən azad zona yaradılana qədər xüsusi karantin prosedurlarını tətbiq etməklə diri heyvan və heyvan mənşəli məhsulların Türkiyəyə ixrac imkanlarının nəzərdən keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, eləcə də “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və bir sıra digər memorandum və saziş layihələri imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 27 d. əvvəl
-
-
51 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
56 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır





















