“Nar” birinciləri məktəb ləvazimatları ilə təmin edib
(®️) 22 sentyabr ilk dərs günündə “Nar” Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəymiş məktəblərə dəstək olub. Mobil operator Füzuli rayonunun Aşağı Alxanlı, Aşağı Kürdmahmudlu, eləcə də Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərində yerləşən məktəblərin birinci sinfinə gedən şagirdlərini məktəb ləvazimatları ilə təmin edib.
Bura 70-dən artıq məktəblinin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir.
“Nar” nümayəndələri məktəblilərlə görüşüb, hədiyyələri təqdim edib və onlara yeni tədris ilində uğurlar arzulayıblar. Görüşdə bildirilib ki, mobil operatorun əsas məqsədi müharibədən zərər çəkmiş təhsil ocaqlarına dəstək olmaqdır.
Azərbaycanda təhsilə, uşaq və yeniyetmələrin inkişafına hər zaman dəstək olan “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







