Alma ilə armudu müqayisə etməyin - ekspertlərdən “Evergrande” proqnozu
Çinin dili də var, dilçəyi də - IMF...
Son 2 həftədə qlobal birjaları silkələyən “Evergrande məsələsi” ekspert yanaşmalarını bir neçə cəbhəyə bölüb. Bir qrup Çinin iri tikinti-əmlak şirkətinin borclara görə defolta düşməsinin zəncirvari reaksiya və qlobal böhranla nəticələnəcəyindən ehtiyat edir. Digər qrup isə məsələnin şişirdildiyini, ciddi narahatçılığa əsas olmadığını bildirir.
UBS özəl investisiya bankının hesablamasına görə, Evergrande-nin hazırkı ofşor istiqrazları 19 milyard dollardır ki, bu da Çinin cəmi xarici istiqrazlarının 9%-i ekvivalentindədir. Şirkətin 313 milyard dollarlıq öhdəlikləri isə ölkənin əmlak sektorunun toplam öhdəliklərinin 6,5%-ni təşkil edir.
“Çin bilir neynəyir”...
Marja xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (IMF) Evergrande məsələsində daha nikbindir. Fondun baş iqtisadçısı Gita Gopinat Reuters-ə müsahibəsində qurumun məsələni diqqətlə izlədiyini, bununla belə Çin hökumətinin əlində problemin sistem böhranına çevrilməsini önləmək üçün yetərincə vasitə və siyasi alətlər olduğunu bildirib.
Evergrande ilə Lehman fərqli şeylərdir...
Dünyanın ən iri banklarından olan ING Evergrande-nin defoltu ilə Lehman Brothers investisiya bankının iflasını (2008-ci ildə ABŞ-da başlayan və qlobal maliyyə böhranına çevrilən prosesin başlanğıcı) müqayisə etməyin düzgün olmadığını bildirib. Banka görə, Lehman Brothers-in əlində maliyyə aktivləri vardısa, Evergrande-nin əsas əmlakı torpaq və tikililərdir. Buna görə də, Çin şirkətinin aktivlərinin sıfıra çevrilməsi riski yoxdur.
“Çin arxayındır, ona görə də tələsmir”...
Qlobal infrastruktur aktivlərinin idarə olunması üzrə ən iri şirkət, Avstraliyanın investisiya bankı və maliyyə xidmətləri qrupu Macquarie-yə görə, Evergrande-nin balansındakı torpaq və mənzil layihələrinin dəyəri 220 milyard dollardan çoxdur. Çinin bank sisteminin illik mənfəətinin 1,9 trilyon yuan (294 milyard dollar), itkiləri kompensasiya etmək üçün ehtiyat vəsaitin isə 835 milyard dollara yaxın olduğunu nəzərə alsaq, Çin iqtisadiyyatı Evergrande-nin itkilərini asanlıqla “həzm edə” bilər.
Bu səbəbdən, hökumət hələlik Evergrande məsələsində nə ətraflı açıqlamağa verməyə, nə də irimiqyaslı müdaxiləyə tələsmir...
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
33 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
13 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
14 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
15 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
15 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Rəsmi məzənnələr açıqlandı

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Ən çox oxunanlar

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib
