"NEQSOL Holding"də yeni təyinat
Vasil Latsaniçin "NEQSOL Holding" şirkətiində Telekom rəhbəri vəzifəsinə təyin edilib.
Holdinqin yaydığı məlumata görə, vəzifə holdinq və onun tərkibində olan telekommunikasiya şirkətləri arasında koordinasiyanı daha da yaxşılaşdırmaq və holdinqin beynəlxalq telekommunikasiya arenasında inkişafını dəstəkləmək üçün yaradılıb.
Vasil Latsaniç telekommunikasiya sahəsində, o cümlədən Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda, 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. O, mobil və sabit telekommunikasiya, İT, bankçılıq və onlayn ticarət sahələrində zəngin təcrübəyə sahibdir.
"NEQSOL Holding"ə qoşulmazdan öncə, Latsaniç Rusiya telekommunikasiya operatoru "Beeline" şirkətinin Baş direktoru, Niderlandın "VEON" telekommunikasiya şirkətinin vitse-prezidenti, "MTS" şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, həmçinin "MTS Group"da Strategiya, Marketinq və Rəqəmsal İnkişaf üzrə vitse-prezident vəzifəsində işləyib. Latsaniç London Biznes Məktəbində "Executive MBA" dərəcəsinə yiyələnib.
Yeni vəzifəsində Vasil Latsaniç "NEQSOL Holding"in telekommunikasiya aktivlərinin strateji idarəetməsi və fəaliyyət bazarlarının genişlənməsi üzrə məsul şəxs olacaq.
"NEQSOL Holding"in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)




