Avro, Funt, Türk lirəsi, neft və qızıl ucuzlaşa bilər - Maliyyə bazarlarında son vəziyyət
EUR
Avrozona iqtisadi və siyasi risklərin artması, EUR/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.16$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan sənaye və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər dərc ediləcəkdir. FED-in çərşənbə günü açıqlayacağı yeni qərarı da önəmli rol oynayacaqdır.
GBP
Foreks bazarlarında dolların yenidən möhkəmlənməsi, GBP/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur və bunun 1.36$-a kimi davam edəcəyi ehtimal edilir.
Cümə axşamı saat 12:30-da İngiltərədən də sənaye və xidmət sektorlarında biznes aktivliyini ölçən indeks yayımlanacaqdır.
TRY
Lirə də TCMB-nin cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da dərc edəcəyi yeni faiz qərarı öncəsi təzyiq altında qalmaqda davam edir. Beləliklə, son bir həftədə 3%-dən çox bahalaşan USD/TRY məzənnəsi, 8.79TL-yə kimi yüksəlməkdə davam edəcəyi proqnozlaşdırılır.
OIL
Enerji birjalarında da dollardan asılı olaraq Brent neftinin bir barel qiyməti 76$-da müqavimətlə rastlaşıb və korreksiya 74$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qızıl da ucuzlaşan aktivlər arasındadır və bir unsiya üzrə qiymət 1743$-ın (56.1 $/qram) qırılması ilə 1717$-a (55.2 $/qram) kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
21 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib






















