Un istehsalçılarına verilən subsidiyanın hesablanma qaydası müəyyən edilib
Azərbaycanda un istehsalçılarına subsidiya verilməsi üçün onların satdığı məhsulun hər tonunun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25%-i qədər müəyyən edilib.
Bu, Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 16 fevral 2021-ci il tarixli qərarına edilmiş dəyişiklikdə öz əksini tapıb.
Bundan başqa, dəyişikliyə əsasən, un istehsalçılarının satdığı məhsulun hər tonuna görə onlara ödənilməli subsidiyanın məbləği orta aylıq idxal dəyərinə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək. Un istehsalı ilə məşğul olan şəxslər topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satdıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
- 19 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















