Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Apple-ın səhmləri məhkəmə qərarından sonra ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın səhmləri məhkəmə qərarından sonra  ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Apple" şirkətinin səhmləri, Kaliforniya məhkəməsinin platformasında digər ödəniş sistemlərinin istifadəsini dayandıra bilməyəcəyi ilə bağlı qərarı fonunda 2,8% ucuzlaşıb.

Marja xəbər verir ki, bunu Nyu -York Birjasının məlumatları göstərir.

Reklam_3_11

Mövcud prosedura görə, "Apple"ın rəqəmsal mağazasında bütün ödənişlər şirkətin ödəniş sistemi vasitəsi ilə həyata keçirilir. Proqram təminatı inkişaf etdirən şirkətlər platformada tətbiqləri və məhsulları satan zaman "Apple" hər əməliyyatdan 15%-dən 30%-ə qədər alır. "Apple" proqram və məhsul satan şirkətlərə özlərinin və digər ödəmə sistemləri vasitəsilə satış etmələrini məhdudlaşdırır. Məhkəmə, rəqəmsal mallar satılarkən, "Apple"ın, yalnız öz ödəniş sistemindən istifadə etməyi tələb etməsinin antiinhisara zidd olduğuna qərar verib.

Beləliklə, tətbiqləri hazırlayanlar artıq "Apple" rəqəmsal mağazasında tətbiqlər satarkən öz ödəniş sistemlərindən və üçüncü tərəf ödəniş sistemlərindən istifadə edə bilərlər.

Apple səhmlər məhkəmə qərarı rəqəmsal mağaza tətbiqlər
11.09.2021 09:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18