Rusiya faiz artırdı
Rusiya Mərkəzi Bankı faizini artırmaq barədə qərar qəbul etdi.
Rusiya Mərkəzi Bankı 10 Sentyabr 2021-ci il tarixli yığıncağında pul siyasətini sərtləşdirmə dövrünü davam etdirib və əsas faiz dərəcəsini daha 0,25 faiz bəndi artıraraq 6.50%-dən 6.75%-ə yüksəldib.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu da faizin 0,25 ya da 0,50 bənd artırılaraq 6,75 və ya 7% səviyyəsinə çatdırılacağı istiqamətində idi.
Ekspertlərin fikrincə, artım dövrü bununla bitməyəcək.
Qərar yüksək inflyasiya gözləntiləri nəzərə alınmaqla qəbul edilib.
Bu il Rusiyada inflyasiya sürətlənib. Mərkəzi Bank faizi artıraraq inflyasiyanı azaltmağa çalışır. Avqust ayında Rusiyada illik inflyasiya iyul ayındakı 6.46%-ə qarşı 6.68%-ə yüksəlib.
"İstehsalın artması imkanları ilə müqayisədə tələbin daha sürətli genişlənməsi səbəbindən sabit amillərin inflyasiyaya verdiyi töhfə əhəmiyyətli olaraq qalır. İnflyasiya hədəfdən yuxarıya doğru daha da yüksələ bilər" , -Rusiya Bankı bildirir.
Mərkəzi Bank, iqtisadi vəziyyətin baza proqnozuna uyğun olaraq inkişaf edəcəyi təqdirdə "növbəti yığıncaqlarda əsas faiz dərəcəsinin daha da yüksəlmə ehtimalını" qəbul edir.
Rusiya Bankı əsas faiz dərəcəsini ardıcıl 5-ci dəfədir artırır. Sonuncu dəfə Mərkəzi Bank 1 faiz bəndi faizini qaldırmışdı və bu onun 2014 -cü ildən bəri ən qətiyyətli addımı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
-
55 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
2 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
