Onlayn ticarət saytı Bakı üzrə çatdırılmanı pulsuz həyata keçirəcək
Sentyabrın 6-dan etibarən www.kobmarket.az portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya oktyabrın 6-dək davam edəcəkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya daxil olmuş məlumata görə, hazırda www.kobmarket.az portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1100-dən çox məhsul yerləşdirilib.
Qeyd edək ki, sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 26 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
51 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Unibankın biznes kreditləri portfelində böyük artım
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
























