Baş cərrah özəl xəstəxanalardakı əməliyyatları pislədi
"Özəl xəstəxanalarda mürəkkəb rekonstrukiv əməliyyatlar qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur"“Endoskopik, xüsusən də laparoskopik və torakoskopik sahələrdə əldə olunan uğurlar xaricə xəstə axınının ciddi şəkildə azalmasına səbəb olub”.
Bu sözləri Səhiyyə Nazirliyinin baş cərrahı Elçin Ağayev deyib.
O bildirib ki, böyük uğurların olmasına baxmayaraq, səhiyyənin bəzi sahələrində, xüsusən də özəl sektorunda bir sıra qüsurlar mövcuddur:
“Biz dəfələrlə şahid olmuşuq ki, özəl xəstəxanalarda mürəkkəb rekonstrukiv əməliyyatlar böyük təcrübəyə malik olmayan qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur. Hətta bu əməliyyatlardan sonra başlayan ağırlaşmalara görə icra olunan təkrari əməliyyatlara təcrübəli mütəxəssislər dəvət olunmayaraq, bu həkimlərin özləri tərəfindən həyata keçirilir. Bu, çox ciddi qüsur və nöqsandır, çünki dəfələrlə tövsiyə olunub ki, təkrar əməliyyatlara mütləq təcrübəli mütəxəssislər dəvət edilməlidir və birinci əməliyyatı icra edən həkim tərəfindən aparılmamalıdır. Burada həm psixolojı amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər, həm də təkrar əməliyyat mürəkkəb olduğuna görə burda zəngin kliniki təcrübəyə və elmi biliklərə malik olan həkimlərin iştirakı olduqca vacibdir. Bunu da özəl klinikalarda fəaliyyət göstərən bizim gənc həkimlərimiz mütləq bilməli və əməl etməlidir”.
Onun sözlərinə görə, uğursuz cərrahi əməliyyatlarla bağlı müraciətlər var: “Bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















