Bir vaxtlar 100 milyondan çox qazanan “Azfen” mənfəətə həsrət qalıb
SOCAR-ın Türkiyənin TEKFEN şirkətilə şərik olduğu “Azfen” Birgə Müəssisəsi artıq 100 milyon manatın üzərində xalis mənfəət əldə edə bilmir, şirkət ardıcıl iki ildir zərər edir. “Azfen” 2020-ci ili 6 milyon 831 min manat xalis zərər ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə şirkətin xalis zərər 1,9 dəfə artıb. “Azfen” 2019-cu ili 3 milyon 575 min manat xalis zərər ilə bağlamışdı. Gəlirləri artsa da yüksələn xərclər şirkəti mənfəətsiz qoyur.
GƏLİRLƏRİ ARTIB
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Azfen”in müştərilərlə müqavilələrdən əldə etdiyi gəlirlər 176 milyon 140 min manat və ya 87,7% artaraq 376 milyon 938 min manat təşkil edib. Şirkət 2019-cu ildə 200 milyon 797 min manat gəlirlər əldə etmişdi.
Ötən il “Azfen” xarici valyutalardan 3 milyon 180 min manat da qazanıb (2019-da 609 min manat zərər etmişdi).
XƏRCLƏRİ DƏ KƏSKİN ARTIB
2019-cu illə müqayisədə 2020-ci ildə “Azfen”in cəmi xərcləri 182 milyon 464 min manat və ya 89% artaraq 387 milyon 172 min manat təşkil edib. 2019-cu ildə şirkətin cəmi xərcləri 204 milyon 707 min manat olmuşdu.
AKTİVLƏRİ ARTIB
31 Dekabr 2020-ci il tarixində “Azfen” birgə müəssisəsi 257 milyon 953 min manat cəmi aktivlərə malik olub. Şirkət 2019-cu ilin sonunda 190 milyon 768 min manat cəmi aktivlərə malik idi (aktivləri 35,2% artıb).
Xatırladaq ki, “Azfen” Birgə Müəssisəsi 2017-ci ili təxminən 180 milyon manat, 2018-ci ili ili isə 102 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.
Şirkətin fəaliyyəti neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. “Azfen” irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirib.
2020-ci ildə “Azfen”in orta hesabla 4 min 484 işçisi olub (2019-da orta hesabla 2 min 711 nəfər).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















