Çində Azərbaycan xalçalarının satışına başlanılıb
Dünyanın ən böyük istehlak bazarlarından olan Çində də Azərbaycan xalçalarının satışına start verilib. Ölkəmizin Çindəki ticarət nümayəndəliyinin Çinin ən iri premium ticarət mərkəzlərindən olan “SKP mall”un rəhbərliyi ilə əldə etdiyi razılıq əsasında Azərbaycan xalçalarının ilk dəfə olaraq Çinə ixracı mümkün olub. Artıq “Azərxalça” ASC-nin istehsal etdiyi xalçalar dünyanın qabaqcıl brendlərinin satıldığı Pekindəki “SKP mall”da satışa çıxarılıb. Yaxın günlərdə Azərbaycan xalçalarının Çinin Sian şəhərindəki “SKP mall”da da satışı mümkün olacaq.
Həmçinin oxu
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - MÜSAHİBƏ“SKP mall”un nümayəndəsi Ma Lifan açıqlamasında deyib: “Bizim ticrət mərkəzində dünyanın müxtəlif ölkələrinin ən gözəl və keyfiyyətli məhsulları, o cümlədən məişət əşyaları satılır. Azərbaycanın əl ilə toxunan xalçaları isə tam olaraq bizim iş fəlsəfəmizə uyğun gəlir. Çünki bu xalçalarda qədim mədəniyyət və incəsənətin sintezi var. Satışa çıxardığımız yüksəkkeyfiyyətli xalçalar müştərilərimizin, xüsusən də incəsənət haqqında anlayışı olanların zövqünü oxşayır. Xalçaların üzərindəki müxtəlif növ ornamentler insanların marağına səbəb olur. Məhz elə bu amillərə görə qərara aldıq ki, Azərbaycan xalçalarının idxalını və satışını həyata keçirək".
Qeyd edək ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək mümkün deyil. Xarici ölkələrdə Azərbaycan xalçalarına olan maraq isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə xalçalarımızın xaricdə intensiv satışı mümkün olacaq.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








