Neft, Trumpa dair narahatlıqlardan mənfi təsir görür
Neft qiymətləri, OPEC-in hasilatı azaltmasının təsirini zəiflədən ABŞ-da xam neft hasilatının nəhayət azalmasına baxmayaraq, ABŞ Prezidenti Donald Trumpı əhatə edən siyasi qarışıqlıqdan mənfi təsirlənir.
"Marja" xəbər verir ki, neft, Trumpın ağır böhran ilə qarşı-qarşıya qalması ilə əlaqədar olaraq 0.6 faizə qədər ucuzlaşıb.
Tramp ətrafındakı xaos, ABŞ-da rəsmi məlumatların neft ehtiyatlarının keçən həftə də azaldığı (6 həftədir azalır) və neft hasilatının son 13 həftədə ilk dəfə düşməsi nəticəsində ortaya çıxan nikbinliyi aradan qaldırıb.
MAŞINLAR ƏLDƏN GETMƏMİŞ BU FÜRSƏTDƏN YARARLANIN!
İnvestorlar qlobal iqtisadiyyatın sağlamlığına dair narahatlıqların artdığı bir şəraitdə, siyasi qeyri-müəyyənliyə görə də narahatdırlar. Rusiya və Səudiyyə Ərəbistanı bu həftə verdikləri açıqlamada, hasilatın azaldılmasını 2018-ci ilin Mart ayının sonuna qədər uzadacaqlarını bildiriblər. Qiymətlər, Fevral ayında 19 ayın ən yüksək səviyyəsinə çatmasının ardından, ABŞ-da istehsal artımının OPEC-in hasilatı azaltmasının təsirlərini ortadan qaldıracağı xofu ilə geriləmişdi.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
Analitiklər bildirirlər ki, ABŞ-da görməkdə olduğumuz siyasi risklər iqtisadiyyata investisiyalara mənfi təsir göstərə bilər və bu vəziyyət neft üçün yaxşı bir şey deyil. Çünki inkişaf etməyən iqtisadiyyatda neftə təlabat azalır.
Bakı vaxtı ilə saat 11:10-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 29 sent düşərək bareli 48.78 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 14 sent düşərək bareli 52.07 dollara geriləyib.
ABŞ Prezidenti Donald Trumpın keçmiş FBI Direktoru Ceyms Comey-dən keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqındakı istintaqı dayandırmağı istədiyi iddiası investorlarda Trump hökumətilə bağlı narahatlıqlara səbəb olub. Trumpın prezidentliyi buraxmaq məcburiyyətində qalacağına dair fərziyyə də bazarlarda riskdən qaçmağa səbəb olur.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Flynn-Rusiya-FBİ qalmaqalına dair məlumatların ABŞ Prezidenti Trump tərəfindən təsdiqlənməsindən sonra Trumpa qarşı müxalifət artır. Populyarlığı 39%-ə düşən Trumpın qarşıdakı dövrdə vergi islahatı kimi qanunları Konqresdən keçirməsi çətin ola bilər. Son xaos ilə əlaqədar olaraq Fed-in faiz artıracağı ehtimalı da aşağı düşür, bununla əlaqədar olaraq Dollar ucuzlaşır, qızıl, Avro, Yen və Funt-sterlinq dəyər qazanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)







