Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı
İyulun 16-da Zaqatala rayonunda Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan mərkəz Zaqatala, Balakən, Qax və digər ətraf rayonlarda fəaliyyət göstərən KOB subyektlərinə, biznesə başlamaq istəyənlərə biznesyönümlü təlim və məsləhət xidmətləri göstərəcək.
Mərkəz tərəfindən həmçinin, region üzrə KOB-ların sahibkarlıqla bağlı mövcud dəstək və xidmətlər, bu sahədəki yeniliklər barədə maarifləndirilməsi üçün sistemli iş aparılacaq. Sahibkarlar mərkəzə müraciət etməklə maliyyə resurslarına çıxış, bunun üçün mövcud dövlət dəstəyi və alternativ maliyyələşdirmə mexanizmləri barədə informasiya dəstəyi ala biləcəklər. KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən sahibkarlara biznes planın hazırlanması üçün dəstək göstəriləcək. Mərkəz KOB-ların satış imkanlarının genişləndirilməsinə müvafiq mövzuda təlimlər, fərdi və ya qrup şəklində məsləhət xidmətləri ilə dəstək olacaqdır.
Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində yerləşən KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
KOBİA Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları və öz biznesini qurmaq istəyən şəxsləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən istifadə etməyə dəvət edir.
KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması, bunun üçün ehtiyacları olan təlim və məsləhət xidmətlərinə rahat çıxışın təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
18 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 43 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























