“Gündəlik işin müddəti 12 saatdan çox ola bilməz” - MÜSAHİBƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) baş əmək müfəttişi İlkin Vəliyevin müsahibəsi:
- Son günlər sosial şəbəkələrdə bəzi özəl sektorda çalışan şəxslərin iş saatlarının çox olması barədə şikayətlər yayılır. Mövcud problemlə bağlı bu il üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət və ya şikayət daxil olubmu? Əgər olubsa neçə belə hal qeydə alınıb? Nə kimi qabaqlayıcı tədbirlər görülüb?
- Bu ilin altı ayı ərzində DƏMX vətəndaşlardan daxil olan 6 948 şikayət məzmunlu ərizəni araşdırıraq cavablandırıb. Daxil olan müraciətlərin içərisində iş vaxtının rejimi qaydalarının pozulması ilə bağlı da müraciətlər yer alıb. Daxil olan müraciətlər rəsmi qeydiyyata alınaraq araşdırılır və fakt təsdiqini tapdıqda müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunur.
- İş vaxtının rejimi qaydaları dedikdə nəyi nəzərdə tutursuz?
- İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

- Ümumilikdə əmək qanunvericiliyində iş saatı nə qədərdir? İşçini normadan artıq işlədən sahibkarları hansı cərimələr gözləyir?
-Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsinə əsasən, (belə ki, iş vaxtında artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqına əlavə müəyyən edilmiş və əmək haqqı ödənilərkən qeyd edilən əlavənin verilməməsi qanun pozuntusu sayılır. Həmçinin həmin maddəyə görə iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir, yəni mütləq şəkildə əlavə verilməlidir) işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir. Məcəllənin 198.1.5.-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə, 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir.
- 8 saatdan çox iş günü müəyyən etmək olarmı?
- Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
- Çox işlədilən işçi nə etməli, hara və necə müraciət etməlidir?
- Əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələrimiz vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərinə əsasən cavablandırılacaq.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
40 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
51 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)
.jpg)







.jpg)






