“Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət"
"Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə"Son günlər Azərbaycanda turizm sektorunda olan bəzi iaşə obyektlərinin tətbiq etdiyi qaydalar müştərilər tərəfindən narazılığa səbəb olur. Restoranların şortik geyinənləri içəri buraxmaması, otellərin nikah kağızı tələb etməsi kimi qeyri-standart qaydalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və müzakirələrə gətirib çıxarır.
Tez-tez bölgələrə səfər edən jurnalist Azər Qərib də məsələ ilə bağlı təəssüratını paylaşıb. O bildirib ki, obyektlər vahid qiymətlə yox, müştərinin sosial statusu və maddi vəziyyətindən asılı olaraq göstərdikləri xidmətə görə qiymət təyin edirlər:
“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə...Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?
Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər. Harada işləyir, maaşı nə qədərdir, “konvert”də nə qədər alır, neçə faiz “otkat”la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir?! Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
13 d. əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 23 d. əvvəl
-
29 d. əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
1 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Ən çox oxunanlar
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq



















