Avropa və Körfəz ölkələri "Gilan"ın radarında
Bakıda keçirilən “CaspianAgro” sərgisində “Gilan Holdinq” MMC-yə daxil olan bir neçə şirkət də öz məhsullarını təqdim edir.
"Gilan FMCG"-nin sərgidə iştirakının məqsədi ixrac imkanlarının genişləndirilməsi və tədbir iştirakçıları, yəni potensial xarici müştərilərlə yeni iş əlaqələrin qurulmasıdır.
Əsas olaraq gündəlik tələbat mallarının istehsalı, satışı ilə məşğul olan və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən "Gilan FMCG"-nin Məhsulun idarə edilməsi departamentinin rəhbəri Sənan Orucov bildirib ki, bu ölkələr arasında ABŞ, Kanada, Çin, Körfəz, Avropa, MDB üzvləri, həmçinin Avstraliya və Yeni Zelandiya var.
"Əsas hədəfimiz bu ölkələrdə daha da güclənmək və yeni bazarlar tapmaqdır. Əsasən alkoqolsuz içkilər, konservləşdirilmiş və çipsi məhsullarını xarici bazarlara ixrac edirik. Bundan başqa, zavodlarımızda məhsul istehsalı zamanı ən çox texnologiyadan istifadə olunur. Əsas hədəfimiz iki istiqaməti əhatə edir. Birinci hədəf daxili tələbatının yerli istehsal hesabına ödənilməsində rol oynamaq, daxili istehsalı gücləndirmək, ikincisi, ixrac potensialımızı artırmaq, bununla, ölkəyə daha çox valyuta cəlb etməkdir", - deyə o vurğulayıb.
S.Orucov əlavə edib ki, dünyada hökm sürən iqtisadi çətinliklərə baxmayaraq, şirkətin cari ildə istehsal ilə bağlı göstəriciləri olduqca ürəkaçandır.
"Gilan Agrotech" şirkəti də əvvəlki illərdən fərqli olaraq budəfəki sərgidə daha geniş məhsul çeşidi ilə iştirak edir.
"İXRACI 2 DƏFƏ ARTIRMAQ İSTƏYİRİK"
"Gilan Agricultural Group"un satış üzrə koordinatoru Rəşad Məcidov sərginin işgüzar əlaqələrin qurulma və əməkdaşlığın genişləndirilməsi baxımından çox münasib platforma olduğunu qeyd edib:
"Sərgidə iştirakda məqsədimiz yaradılan əlverişli mühitdən maksimum istifadə edərək əməkdaşlığı genişləndirməkdir. Biz hazırda məhsullarımızı dünyanın 12 ölkəsinə ixrac edirik. Cari il də daxil olmaqla qısa müddət ərzində ixrac həcmini iki dəfə artırmaq istəyirik. Bizim hesablamamıza görə, bu olduqca real hədəfdir. Çünki bu il pambıqçılıqda ciddi inkişaf nəzərdə tutulur. Biz əkin sahəsini iki dəfədən də çox artırmışıq. Meyvə blokunda, fındıqçılıq sahəsində genişlənməmiz nəzərdə tutulur. Bildiyimiz kimi, fındıq, pambıq ixrac oluna biləcək əsas strateji məhsullardır. Bu məhsulların hesabına biz qeyri-ənənəvi bazarlarda - Körfəz ölkələrində möhkəmlənmək niyyətindəyik. Bununla yanaşı, biz MDB ölkələrindəki mövcud kanalların daha da genişləndirilməsi üzərində düşünürük. Bundan başqa, Böyük Britaniyada bəzi alıcılarla danışıqlar aparırıq. Beləliklə hədəfimiz Avropa İttifaqına və Böyük Britaniyaya satışlar etməkdən ibarətdir. Buna ekstensiv üsulla deyil, intensiv üsulla, məhsuldarlığın artırılması yolu ilə nail olmaq istəyirik. Məhsuldarlığın artırılması üçün biz keçən ildən etibarən aqrotexniki qulluq keyfiyyətini qaldırırıq. Bağçılıq sahəsini xüsusilə qeyd etmək istəyirəm. Bunun hesabına biz ciddi irəliləyiş gözləyirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
27 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
40 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar



























