Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb
Azərbaycanda mal-qara təsərrüfatlarında 10 – 15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.
Bu xəstəliyi Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.
Sahə baytar həkimi İlham Zeynlaov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir: Bu hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10 - 15 ildən bir tək – tək təsərrüfatlarda yayılır. Əsasən mal bazarında və malqara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir".
Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər xeyli təsərrüefatında olan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub: "Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər ancaq gördükləri işlərin bir xeyri yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün, həkimlərin gördüyü tədbirlər isə nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə eliyirlər amma, yəqin ki, onun dərdini dəqiq tapsaydılar heyvanımın biri ölərdi, ikisi ölərdi 8 baş heyvanım ölməzdi".
Sahibkar Allahverdi Qəhhrəmanov isə deyir ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur: "Elə bir xəstəliydir ki, yoluxdusa mütləq heyvan ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir".
Nadir hallarda rast gəlinən bu xəstəlik mütəxəssilərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana nədə insana keçici xüsusiyyəti yoxdur. Xəstəliyin yayılma qorxusu olmasada, aşkarlandığı təsərrüfatda olan heyvanların məhv olma təhlükəsi daha böyükdür. Bu xəstəliyin qarşısının alınması üçün, peyvənd olmasada, təsərrüfat sahibləri bunun qarşısını öncədən qisməndə olsa ala bilərlər.
Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur: "Bu təsərrüfatda baş verən zəstəlik “Yaman xataral isitmədir”. Heyvanlaerın bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə gərək otarasan. Mal-qaranı mütəmadi çimizdirmək və gənələrdən təmizləmək lazımdır. Yay girəndən bəzi tədbirlərini görəsən. Parazitlərə qarşı çimizdirmək, ola bilər ki, qızdırmaya qarşı profilaktiki iynələrdən müvəqqəti 10 günlük, 15 günlük gözləmək üçün vurasan. Amma, bu xəstəliyə onun aidiyyatı yoxdur. Bu “Yaman xataral isitmədir. Bu xəstəliyə yoluxan mal-qaraların 95 %-i tələf olur, 5 %-inin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur".
Rayon baytarlıq idarəsindən bildirildi ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyatı qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. əldə
Rayon baytarlıq idarəsindən bildirildi ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyatı qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























