Azərbaycanda bir neçə publik hüquqi şəxs yaradılıb -SİYAHI
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Marja xəbər verir ki, Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilib.
Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılıb.
Fərmanla nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyinə verilib.
Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilib və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”;
- Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
- Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”.
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin tabeliyinə verilib.
Dövlət Komitəsinin tabeliyindəki Təlim-Tədris Mərkəzinin əsasında “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Nazirliyin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
-
51 d. əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
2 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
























