“Bakı Neft Mədən Avadanlıqları”nın gəlirləri və xalis mənfəəti azalıb
“Bakı Neft Mədən Avadanlıqları” ASC 2020-ci ili 46 min 55 manat xalis mənfəət ilə başa vurub. ASC 2019-cu ili 197 min 739 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 4,3 dəfə azalıb.
Marja xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin əsas əməliyyat gəlirləri 686 min 948 manat və ya 37,4% azalaraq 1 milyon 148 min manata geriləyib. ASC 2019-cu ildə 1 milyon 835 min manat gəlir əldə etmişdi.
“Bakı Neft Mədən Avadanlıqları”nın xərcləri gəlirinin çox böyük hissəsini silib. Ötən il satışın maya dəyəri 1 milyon 57 min manat təşkil edib ki, bu da gəlirlərin 92%-nə bərabərdir.
Şirkət hər səhm üzrə 12 qəpik dividend açıqlayıb. “Bakı Neft Mədən Avadanlıqları” 2019-cu ilin yekunları üzrə 52 qəpik dividend açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)








.jpg)










