AQTA quş qripi ilə bağlı 44 ölkəyə məhdudiyyət tətbiq edib - SİYAHI
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.
Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.
Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:
S/s | Ölkə adı | Xəstəlik ocaqlarının sayı |
1 | Fransa | 677 |
2 | Almaniya | 523 |
3 | Macarıstan | 289 |
4 | Cənubi Koreya | 277 |
5 | Polşa | 248 |
6 | Cənubi Afrika Respukası | 146 |
7 | Misir | 123 |
8 | Çin | 119 |
9 | İran İslam Respublikası | 100 |
10 | Vyetnam | 98 |
11 | Danimarka | 95 |
12 | İsveç | 92 |
13 | Rusiya Federasiyası | 80 |
14 | Niderland | 79 |
15 | Yaponiya | 77 |
16 | İngiltərə | 76 |
17 | Hindistan | 38 |
18 | İrlandiya | 37 |
19 | Estoniya | 26 |
20 | Belçika | 25 |
21 | Latviya | 23 |
22 | İsrail | 21 |
23 | İtaliya | 19 |
24 | Finlandiya | 18 |
25 | Norveç | 14 |
26 | Ukrayna | 14 |
27 | Litva | 13 |
28 | Qazaxıstan | 12 |
29 | Rumıniya | 11 |
30 | Çexiya | 10 |
31 | Bolqarıstan | 9 |
32 | Küveyt | 9 |
33 | Slovakiya | 7 |
34 | Amerika Birləşmiş Ştatları | 6 |
35 | İndoneziya | 6 |
36 | Nepal | 6 |
37 | Əlcəzair | 5 |
38 | Xorvatiya | 5 |
39 | Lesoto | 5 |
40 | Şotlandiya | 4 |
41 | Filippin | 3 |
42 | Şimali İrlandiya | 3 |
43 | Kamboca | 3 |
44 | Avstraliya | 3 |
45 | Şimali Koreya | 3 |
46 | Əfqanıstan | 3 |
47 | Yunanıstan | 3 |
48 | İraq | 3 |
49 | Uels | 3 |
50 | Laos | 3 |
51 | Mali | 2 |
52 | Səudiyyə Ərəbistanı | 1 |
53 | Nigeriya | 1 |
54 | Seneqal | 1 |
2020-ci və2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı.
S/s | Ölkə adı |
1 | Almaniya |
2 | Macarıstan |
3 | Cənubi Koreya |
4 | Çin |
5 | Danimarka |
6 | Polşa |
7 | Vyetnam |
8 | Rusiya Federasiyası |
9 | Niderland |
10 | Yaponiya |
11 | Hindistan |
12 | İran İslam Respublikası |
13 | İngiltərə |
14 | İrlandiya |
15 | Belçika |
16 | İsrail |
17 | İtaliya |
18 | Ukrayna |
19 | Fransa |
20 | Qazaxıstan |
21 | Rumıniya |
22 | Çexiya |
23 | Bolqarıstan |
24 | Slovakiya |
25 | İsveç |
26 | Amerika Birləşmiş Ştatları |
27 | Xorvatiya |
28 | Şotlandiya |
29 | Litva |
30 | Filippin |
31 | Şimali İrlandiya |
32 | İraq |
33 | Uels |
34 | Səudiyyə Ərəbistanı |
35 | Küveyt |
36 | Kamboca |
37 | Finlandiya |
38 | Estoniya |
39 | Əfqanısta |
40 | Nepal |
41 | Əlcəzair |
42 | Cənubi Afrika |
43 | Mali |
44 | Lesoto |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
























