Çində istehsalçı qiymətləri 9% yüksəlib
May ayında Çində illik inflyasiya 1,3% təşkil edib.
Çində istehlak qiymətləri indeksi (İQİ) May ayında illik müqayisədə (ötən ilin May ayı ilə) 1,3% artıb. Marja xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Statistika Komitəsinin çərşənbə günü yayımladığı məlumata görə, istehlak qiymətləri indeksi mayda aprel ayı ilə müqayisədə 0,2% düşüb. Apreldə illik inflyasiya 0,9%, aylıq inflyasiya isə - 0,3% təşkil etmişdi.
Mayda illik inflyasiyanın 1,6 faiz, aylıq inflyasiyanın isə mənfi 0,1% təşkil edəcəyi proqnozlaşdırılırdı.
Son bir ayda ölkənin şəhərlərində qiymətlər 1,4%, kənd yerlərində 1,1% artıb.
Qida məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,6% artıb.
Keçən ilki məlumatlarla müqayisədə may ayında ət məhsullarının qiyməti 11,3% azalıb. Çində istehlak səbətinin əsas elementlərindən biri olan donuz ətinin dəyəri isə illik nisbətdə 23,8% düşüb. Su məhsulları 13,8%, meyvələr 1,4%, təzə tərəvəz 5,4%, yumurtalar 14,3% bahalaşıb.
Çində səhiyyə xidmətləri keçən ay 0.2%, təhsil, mədəniyyət və əyləncə qiymətləri isə 1.5% artıb. Nəqliyyat və rabitə sahəsindəki xidmətlərin qiymətləri 5,5% artıb.
2020-ci ilin sonunda Çində inflyasiya səviyyəsi 2,5% təşkil edib ki, bu da 2020-ci ildə qoyulan hədəfdən (3,5%) daha azdır. Bu il hökumət 3% inflyasiya hədəfi müəyyən edib.
Çində May ayında istehsalçı qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% yüksəlib. Proqnoz 8.5% idi.
Asiyada səhmlərin qiymətləri Çinin inflyasiya məlumatlarının ardından geriləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 d. əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
21 d. əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
30 d. əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 36 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
1 saat əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Ən çox oxunanlar

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb
