Alzheimerin dərmanı təsdiqləndi, istehsalçının səhmləri 60% bahalaşdı!
Yeni dərman vasitəsi dünyada 35 milyon insana çarə olacaq....
Xəbər verdiyimiz kimi, ABŞ-ın transmilli biotexnologiya və əczaçılq şirkəti Biogen Inc.-in Alzheimer xəstəliyinin müalicəsində inqilabi yenilik ola biləcək dərman vasitəsinin ABŞ Qida və Dərman vasitələri Administrasiyası (FDA) tərəfindən təsdiqlənməsi gözlənilirdi. Marja xəbər verir ki, qurum məsələ ilə bağlı milyonlarla insanı sevindirəcək yöndə qərar verib.
Bu, son 20 ildə Alzheimer xəstəliyinin intensiv müalicəsi və onun inkişafının ləngidilməsi ilə bağlı rəsmi səviyyədə təsdiqlənən ilk dərman preparatıdır. Aducanumab tərkibli və “Adulhelm” brendi adı ilə istehsal olunacaq dərman vasitəsinin illik müalicə kursu 56 min dollara başa gələcək.
Məlumat üçün bildirək ki, Alzheimer demensiyanın geniş yayılmış bir növü olub, daha çox yaşlı insanlarda yaddaş, düşüncə və davranış dəyişikliyinə səbəb olan neyrodegenerativ xəstəlikdir. 1905-ci ildə alman psixiatr Altos Alzheimer tərəfindən qeydə alınaraq, onun adını daşıyan bu xəstəlik əsasən 65 yaşdan yuxarı şəxslərdə yayılsa da, son dövrlərdə kifayət qədər “gəncləşmişdir”. Təkcə ABŞ-da 6 milyondan artıq şəxs, dünyada isə ümumilikdə 35 milyon insan bu xəstəlikdən əziyyət çəkir.
“Biz bu dərman vasitəsinə və onun təsdiqinə kifayət qədər mühüm diqqətdən xəbərdarıq.” - FDA-nın Dərman vasitələrinin Qiymətləndirilməsi və Tədqiqi Mərkəzinin direktoru Patrisia Kavazzoni bildirib. O, aducanumab-ın xəstələr üçün müsbət təsirlərinin risklərindən çox olması səbəbindən dərman vasitəsinin təsdiqləndiyini vurğulayıb.
Xəbərin ardından dünən gün ərzində Biogen Inc.-in səhmləri 60%-ə qədər, onun yapon tərəfdaşı Eisainin qiymətli kağızları isə 52% bahalaşıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
6 d. əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 23 d. əvvəl
-
28 d. əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 30 d. əvvəl
-
45 d. əvvəl
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
-
49 d. əvvəl
“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
-
2 saat əvvəl
"Biləsuvar GES Azərbaycanın enerjiyə tələbatının 4-5 %-ni təmin edəcək"
-
2 saat əvvəl
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
-
2 saat əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
Ən çox oxunanlar

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
