Yellendən "yüksək faiz mühiti" mesajı
Qlobal bazarlar, pandemiyanın təsirləri azaldıqca inflyasiyada baş verən yüksəlişi, bunun ABŞ Prezidenti Co Baydenin (Joe Biden) nəhəng xərc paketləri ilə gələcək illərdə qalıcı hala gəlib-gəlməyəcəyini müzakirə edərkən, ABŞ-ın maliyyə naziri Janet Yellen mövzu ilə bağlı açıqlama verib.
Marja xəbər verir ki, Londonda təşkil edilən G-7 maliyyə nazirləri yığıncağının dönən zaman "Bloomberg News"a müsahibə verən Yellen, "Əslində bir az daha yüksək bir faiz mühitinin meydana gəlməsi həm cəmiyyət həm də Fed baxımından bir müsbət olacaq" deyib.
Baydenin paketlərinin xərcləri hər il təxminən 400 milyard dollar artıracağını qeyd edən Yellen, bu rəqəmin inflyasiyanı hədəfin üzərinə qalıcı olaraq çıxarmağa kafi olmayacağını deyib.
Yellen, təşviq paketləri səbəbilə qiymətlərdə yaşanacaq sürətli artımın təsirinin gələn il ortadan qalxacağını nəzərdə tutur. Eyni zamanda sabiq Fed sədri də olan Yellen, "On ildən bəri çox aşağı inflyasiya və çox aşağı faiz nisbətlərilə mübarizə edirik. Normal bir faiz nisbəti mühitinə geri dönmələrini istəyirik və bu da işləri bir az asanlaşdıracaqsa, pis bir şey deyil, yaxşı bir şeydir" deyib.
ABŞ-da cümə günü açıqlanan məlumatlar - məşğulluq artımının may ayında sürətləndiyini və işsizlik nisbətinin də 5,8%-ə gerilədiyini ortaya qoyub.
ABŞ-da inflyasiya aprel ayında illik 4,2% təşkil edib.
ABŞ-ın maliyyə nazirinin yüksək faizlərin yaxşı ola biləcəyinə dair şərhləri qızıl qiymətlərinin düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Otomotiv nəhəngindən mühüm qərar: "Porsche" şirkəti "Bugatti" və "Rimac"dakı paylarını satır
-
7 d. əvvəl
Bu gün MSK-nın yeni tərkibi müəyyənləşəcək, ilk iclasında sədr, sədr müavini və katiblər seçiləcək
-
33 d. əvvəl
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
-
48 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
PULLU Adam olmaq üçün ilk addımını at ®
İrandan ABŞ-a yeni təklif
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur







.jpg)





.jpg)





