Goldman Sachs: İranla yeni Nüvə Anlaşması neft qiymətlərini bahalaşdıra bilər
Ekspertlərin hamısı bu qeyri-ənənəvi proqnozla razılaşmır.
İranla “Böyük Altılıq” (ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya) ölkələri arasında hazırda davam edən Nüvə Sazişi ilə bağlı danışıqların nəticələri və İran üzərindəki sanksiyaların götürüləcəyi halda bazara daxil olacaq yeni neft ehtiyatının qiymətlərə təsiri hazırda enerji bazarında əsas diqqətdə olan məsələlərdən biridir. Xatırladaq ki, hələ Donald Trampın prezidentliyi dövründə - 2018-ci ildə ABŞ İranla Nüvə Sazişindən birtərəfli qaydada çıxmış və bu ölkəyə ciddi iqtisadi-maliyyə sanksiyaları tətbiq etmişdi. Bayden administrasiyası isə İranla yenidən razılığa gəlməyə çalışır.
Marja aparıcı qlobal analitiklərin məsələ ilə bağlı gözləntilərini araşdırıb.
ABŞ-ın Goldman Sachs bankının analitikləri əlavə 1 milyon barel İran neftinin qiymətləri ucuzlaşdırmaq əvəzinə, bahalaşdıracağını proqnozlaşdırır. Bankın enerji tədqiqatları bölməsinin rəhbəri, o cümlədən aparıcı əmtəə strateqi Damien Kourvalin bu ziddiyətli ehtimalı apreldə OPEC+ ölkələrinin hasilatı artırmaq barədə qərarından sonra neft qiymətlərinin yüksəlməsi ilə əsaslandırır.
“İranla yeni razılığa gəlinsə, bu, sanksiyaların ləğvinə və İran neftinin yenidən bazara daxil olmasına yol açacaq. Nəticədə nə baş verir - bazarın üzərindən ötən ildən bəri davam edən qeyri-müəyyənlik götürülür. Volatillik azalır, onsuz da artan tələbat fonunda qiymət daha da yüksəlir.” - Kourvalin bildirib.
Digər ekspertlər isə əksini iddia edir. Morgan Stanley bankı yeni tədqiqatında İran neftinin Brent markasını 70 dollar ətrafında “donduracağını”, bu ilin ikinci yarısından etibarən neftin bir barelinin 65-70 dollardan satılacağını bildirib.
Wells Fargo investisiya bankının analitikləri İranın bazara çıxaracağı neftin yalnız qısa müddətdə qiyməti “tormozlaya” biləcəyini, ciddi təsir imkanının olmadığını qeyd edirlər. “Tələbatın artması və OPEC+-un intizamlı şəkildə təchizatı tənzimləməsi neft qiymətlərini daha da yüksəldəcək.” - Wells Fargo-nun investisiya eksperti Austin Pikl izah edib.
S&P Global Platts Analytics şirkətinin ekspertləri isə hazırda bazarın OPEC+ və İran neftini “udmağa” hazır olduğunu bildirirlər. Həmçinin, sanksiyalar ləğv olunsa belə, İran nəzərdə tutulan həcmi dərhal bazara tam çıxara bilməyəcək. Bu səbəbdən 2021-ci ilin ikinci və üçüncü rüblərində qiymətlərdə azalma ehtimal olunmur. “Lakin, ilin sonlarından etibarən bazarda neft bolluğu yarana bilər ki, bu da növbəti ildən etibarən qiyməti yenidən 60 dolların altına sala bilər.” - S&P-nin geosiyasi analitiki Nareeka Ahir qeyd edib.
İranla davam edən danışıqların nəticəsi yaxın aylarda məsələyə böyük ölçüdə aydınlıq gəticərək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
16 d. əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
32 d. əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
41 d. əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
2 saat əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Ən çox oxunanlar

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb
