“Ziraat Bank Azərbaycan”-da yeni təyinat
“Ziraat Bank Azərbaycan” ASC-nin idarə heyətinə yeni üzv təyin edilib. Bankdan Marja-ya daxil olmuş məlumata görə, 13 illik bank təcrübəsinə malik Seymur Əliyev 18.05.2021-ci il tarixindən etibarən İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, Seymur Əliyev bank sahəsində əmək fəaliyyətinə 2008-ci ildən başlamış, 8 ilə yaxın Azərbaycan Respublikası Mərkəzi Bankında, daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışmışdır.
2020-ci il avqust ayından etibarən “Ziraat Bank Azərbaycan” ASC-də Risklərin İdarəedilməsi departamentinə rəhbərlik edir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
10 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 27 d. əvvəl
-
32 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 33 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı





















