2 hektarlıq yeni istixana kompleksi tikilir
Bir neçə gündür ki, İmişlidə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin üçüncü ongünlüyündən etibarən yığılır.
Yığım kompaniyasına ilk olaraq “Araz Aqro Qrup” MMC tərəfindən ötən il tikilib istifadəyə verilən, 2 hektar sahəni əhatə edən istixana kompleksində başlanılıb. İstehsal prosesində yalnız orqaniq gübrə və dərman preparatlarından istifadə olunan istixanadan bu günə kimi 60 ton məhsul yığılıb ki, onun da 32 tonu xarici dövlətlərə ixrac edilib, 28 tonu isə daxili bazarlara çıxardılıb. Yığım kompaniyası iyul ayına kimi davam edəcəkdir.
Onu da qeyd edək ki, “Araz Aqro Qrup” MMC şirkəti rayonda daha bir 2 hektarlıq yeni istixana kompleksinin tikintisinə başlayıb və inşaat işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







