“AS Group İnvestment” Ramazan bayramında şəhid ailəsini yeni mənzilə köçürdü

“AS Group İnvestment” Ramazan bayramında Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan çavuş Niyazi İsgəndərovun ailəsini onlara bir neçə ay öncə hədiyyə etdikləri mənzilə köçürüb.
Bu münasibətlə 12 may 2021-ci il tarixində Mingəçevirə ezam edilən şirkət nümayəndələri ilk olaraq şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra şəhid Niyazi İsgəndərovun ailəsinə təmir olunmuş, bütün məişət və mebel əşyaları ilə tam təchiz edilmiş yeni mənzili təhvil veriblər.
Həmin gün həm də şəhid Niyazinin övladı Turan İsgəndərovun 11 yaşı tamam olurdu. “AS Group İnvestment” həm Ramazan bayramını, həm də balaca Turanın doğum gününü şəhid ailəsilə ilə birlikdə onların yeni mənzillərində qeyd edib.
Xatırladaq ki, 10 mart 2021-ci il tarixində “AS Group İnvestment” Vətən Müharibəsi qəhrəmanı şəhid Niyazı İsgəndərovun Mingəçevir şəhərində yaşayan ailəsinə Park Residence Yaşayış binasından sahəsi 96 kvadrat metr olan 3 otaqlı mənzil hədiyyə etmişdi. Şirkətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri şəhidin Mingəçevir şəhərində, yataqxanada yaşayan ailəsilə görüşərək onlara mənzil sənədlərini təqdim etmişdilər. “AS Group İnvestment” uzun illər evsizlik və şəraitsizlikdən əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazimi əşyalarla təchiz edilməsini də öz üzərinə götürmüşdü.
Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənir. O, Talış kənd istiqamətində gedən şiddətli döyşlərdə 8 yaralı əsgərini döyüş meydanından çıxarır. Özü snayper gülləsilə qaraciyər və böyrək nahiyyəsindən yara alır.
Bədənində 50-yə yaxın qəlpə gəzdirən Niyazi İsgəndərov qazi olmasına baxmayaraq Vətən Müharibəsi başladığı gündən döyüşlərə qatılır. Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə yenə də yaralı yoldaşlarını silahdaşlarını xilas edir. Suqovuşan və Laçın istiqamətində döyüşlərə qatılır və oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olur.
“AS Group İnvestment” MMC Niyazi İsgəndərovun ölümü ilə bizə əmanət etdiyi ailəsinin məhz ağrılarını, acılarını, məişət çətinliklərini qismən də olsa azalda bilmək üçün onlara mənzil hədiyyə edilməsinə qərar vermişdi.
Qeyd edək ki, sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group İnvestment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağı özünə borc bilir. Şirkət ön cəbhədə döyüşən əsgərlərimizə, ordumuza və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza istər ərzaq təchizatı, istərdə də, balansındakı texnikası ilə dəstək olur.
Bundan başqa “AS Group İnvestment” şirkəti Vətən müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə yaradılan “Yaşat Fondu”na 150 min manat, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na isə 300 min manat məbləğində ianə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
14 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
14 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
14 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb
Ən çox oxunanlar

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər
