Qlobal birjalarda üç həftədən sonra artım - gözlər yenə ABŞ-dadır
Asiya bazarları bayram tətilindən qayıdır, Amerika birjaları məşğulluq hesabatını gözləyir.Həftənin son iş günü qlobal birjalar üçün müsbət dinamika ilə başlayıb.
Marja xəbər verir ki, bugün ABŞ-da aprel ayında əmək bazarının vəziyyəti və məşğulluq hesabatının açıqlanması planlaşdırılır. Qlobal maliyyə bazarlarına və birjalara ən çox təsiri olan hesabatlardan biri ilə əlaqədar Dow Jones analitikləri apreldə 1 milyon əlavə iş yerinin açıldığını və işsizlik səviyyəsinin 6%-dən 5,8%-ə düşdüyünü proqnozlaşdırır. Bu, həmçinin Fed-in faiz dərəcəsinin sıfırda saxlanması siyasətinin bundan sonra hansı şəkildə formalaşacağıca dair suallara da müəyyən dərəcədə aydınlıq gətirəcək.
Xatırladaq ki, ABŞ Mərkəzi Bankı (Fed) aprelin 28-dəki açıqlamasında yumşaq fiskal-monetar siyasətinə yalnız ölkədə məşğulluq vəziyyətinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı halda ciddi korrektələr edə biləcəyini bildirmişdi.
Bugün açıqlanması gözlənilən göstəricilər fonunda ABŞ-ın bütün əsas birjalarında nisbi bahalaşma baş verib. Dow Jones indeksi 0,9%, S&P 500 0,8%, Nasdaq Composite 0,4% artıb. 50 ölkədə səhmləri izləyən MSCI indeksi dünən axşam 0,1%, ümumilikdə həftə ərzində 0,4% yüksəlib. Russel 1000 Value indeksi 0,8%, Russel 1000 Growth indeksi 0,5 dəyər qazanıb.
Asiya iqtisadiyyatının özəyini təşkil edən Çin, Yaponiya və Cənubi Koreyada bayram tətilləri bitən kimi birjalar artımla açılıb. Yaponiyanın Nikkei 225 indeksi 0,33%, Topix indeksi 0,56%, Cənubi Koreyanın Kospi indeksi 0,75%, Avstraliyanın S&P ASX 200 indeksi 0,46%, Tayvanın Taiex indeksi 1,12%, Honkonqun Hang Seng indeksi 0,74%, Çinin Şanxay kompozit indeksi 0,36%, Şenzen komponent indeksi 0,45% dəyər qazanıb.
ABŞ dollar İndeksi öncəki 91,200 göstəricisi ilə müqayisədə 0,08% azalaraq, 90,875 təşkil edib. Avstraliya dolları 0,08% bahalaşaraq, 1 Avstraliya dolları = 0,7785 dollar hədinə çatıb.
Bloomberg-in məlumatına əsasən, hazırda Brent markalı neftin qiyməti bir barrelə 68,55 dollar təşkil edir, Qərbi Texas (WTI) nefti 65,15 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)




