İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq
“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki ildir Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib: “İşsiz insanlar maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdırlar. Lakin işsizlərə müavinət verilməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”.
Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə işçilərinin əksəriyyətini ixtisar edirdi: “Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq”.
Komitə sədri əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq: “Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.
Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























