Dünyanın ən böyük kuryerindən rekord nəticə - 23 milyard dollar!
Günlük 2 milyarda yaxın bağlama çatdıran şirkət 2021-ci ilə 8 milyard dollardan artıq mənfəət proqnozlaşdırır.
Avropanın ən iri poçt xidməti, dünyanın isə birinci kuryer şirkəti olan, 250-dən artıq irifüzelyajlı yük təyyarəsi ilə ən iri aviaparklardan birinə malik Deutsche Post DHL 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, bütün parametrlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha üstün göstəricilər əldə edən şirkət beynəlxalq gəlirlərini 26% artıraraq, 18,9 milyard avroya (22,7 milyard dollara) çatdırıb. Əməliyyat mənfəəti 3 dəfə, xalis mənfəət 4 dəfəyə yaxın artıb.
Şirkətin investorlar üçün açıqlamasına əsasən, nəticələr belədir:
Səhm başına gəlir - 0,96 avro (2020 birinci rüb - 0,24 avro, artım - 300%)
Ümumi gəlirlər - 18,9 milyard avro (2020 birinci rüb - 15,5 milyard avro, artım - 22%)
o cümlədən beynəlxalq gəlirlər - 13,4 milyard avro (2020 birinci rüb - 10,6 milyard avro, artım - 26%)
Əməliyyat mənfəəti (EBIT) - 1,9 milyard avro (2020 birinci rüb - 592 milyon avro, artım - 223%)
Xalis mənfəət - 1,2 milyard avro (2020 birinci rüb - 301 milyon avro, artım - 295%)
Əməliyyat mənfəətinin sahələr üzrə bölgüsü:
DHL - 1,46 milyard avro (2020 birinci rüb - 577 milyon avro, artım - 153%)
o cümlədən DHL-in tərkibində:
Express - 961 milyon avro (2020 birinci rüb - 577 milyon avro, artım - 153%)
Beynəlxalq Göndərişlər və Yüklər - 216 milyon avro (2020 birinci rüb - 74 milyon avro, artım - 192%)
Təchizat Zənciri - 167 milyon avro (2020 birinci rüb - 105 milyon avro, artım - 59%)
Elektron ticarət xidmətləri - 117 milyon avro (2020 birinci rüb - 6 milyon avro, artım - 1850%)
Post&Parcel Germany - 556 milyon avro (2020 birinci rüb - 334 milyon avro, artım - 66,5%)
Qrup Funksiyaları/Konsolidasiya - 106 milyon avro zərər (2020 birinci rüb – 320 milyon avro zərər, azalma - 70%)
Şirkət 2021-ci il üzrə proqnozlarına dəyişiklik edərək, 6,7 milyard avro (8,05 milyard dollar) əməliyyat mənfəəti əldə edəcəyini bildirib. 2023-cü ildə isə bu rəqəmin 7 milyard avro təşkil edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
