Azərbaycanda ərzaq bankının yaradılması təklif edilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və PAŞA Bankın dəstəyilə “Qida tullantıları: problemin həlli yolları” mövzusunda görüş keçirilib.
Görüşü açan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Sahibkarlarla Əməkdaşlıq departamentinin rəhbəri Mehran Məmmədli ölkəmizdə qida itkiləri, qida bankının yaradılması probleminə toxunub. “Qida itkisinin qarşısını almaq üçün qida zəncirinin bütün həlqələrində iştirak edən sahibkarları cəlb etməyə çalışırıq”, – deyən M.Məmmədli beynəlxalq təcrübələrə əsaslanaraq məsələnin optimal həllinə nail olmağa çalışdıqlarını bildirib.
Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Məcid Piriyev bildirib ki, qida zəncirinin bir mərhələsi də utilizasiya prosesidir. 2020-ci il və 2021-ci ilin ötən aylarında 7489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb. O, zərərsizləşdirmə və utilizasiya prosesinə cəlb edilən əsas məhsullar haqqında iştirakçılara məlumat verib.
ADA Universitetinin nümayəndəsi Anar Vəliyevin təqdimatına görə, hər il dünyada 1.3 milyard ton qida itirilir və ya israf edilir. Qida itkisi və tullantılarının dəyəri 680 milyard ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 milyard dollardır. A.Vəliyev tullantıların yaranmasının əsas səbəbləri barədə məlumat verərək onların azaldılmasının iqtisadi faydaları barədə sahibkarları məlumatlandırıb. Maraqlı məlumatlardan biri odur ki, Azərbaycanda qida itkisinin 14%-ni düyü təşkil edir. 12% buğda, 10 kartof itkiyə gedir. Düyü itikisi Türkiyədə 4-5% olduğu halda Azərbaycanda 14-15% olması diqqətə çarpır.
Məsələnin həlli yolları ilə bağlı təkliflərə isə istifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi, ərzaq bankının yaradılması, qht-lərin köməyilə həmin ərzaq bankının ehiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.
Qərara alınıb ki, məsələ ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılsın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
