Amazon yenə liderdir - 108 milyard dollar!
Dünyanın ən zəngin adamı Wall Street-in proqnozlarını alt-üst edib.
ABŞ-ın “beş texnoloji əjdahası”ndan biri, Forbesin qlobal milyarderlər siyahısına başçılıq edən Jeff Bezos-un Amazonu yenə gözləntiləri artıqlaması ilə doğruldub.
Marja xəbər verir ki, ötən gün 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayan nəhəng korporasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% daha çox - 108,52 milyard dollar gəlir əldə etdiyini bildirib.
Xalis mənfəət 3 dəfədən çox artaraq, 8,1 milyard dollara çatıb (ötən ilin ilk rübündə bu göstərici 2,53 milyard dollar idi). Nəticələr belədir:
Səhm başına gəlir - 15,79 dollar (proqnoz - 9,54 dollar)
Ümumi gəlirlər - 108,52 milyard dollar (proqnoz - 104,47 milyard dollar, illik ifadədə artım - 44%)
Əməliyyat mənfəəti - 8,9 milyard dollar (illik ifadədə artım - 100%-dən çox)
Xalis mənfəət - 8,1 milyard dollar (illik ifadədə artım - 3 dəfədən çox)
o cümlədən:
Məhsul satışları - 57,49 milyard dollar (ötən ilki göstərici - 41,84 milyard dollar)
Xidmət satışları - 51,02 milyard dollar (ötən ilki göstərici - 33,6 milyard dollar)
Satışların coğrafi və seqment bölgüsü:
Şimali Amerika - 64,36 milyard dollar (ötən ilki göstərici - 46,12 milyard dollar, illik ifadədə artım - 40%)
Beynəlxalq satışlar - 30,64 milyard dollar (ötən ilki göstərici - 19,1 milyard dollar, illik ifadədə artım - 60%)
Amazon Web Services (internet və bulud texnologiyaları) - 13,50 milyard dollar ötən ilki göstərici - 10,21 milyard dollar, illik ifadədə artım - 32%)
Həmçinin oxu
ABŞ texnologiya nəhənglərindən fantastik artım
Amazon reklam gəlirlərini açıqlamasa da, bu xidmətlər “Digər” kateqoriyasına daxil edilib və 77% artaraq, 6,9 milyard dollara çatıb. Fiziki mağazaların, Whole Foods Market və Amazon Book-sun gəlirləri pandemiya səbəbindən 16% azalaraq, 3,9 milyard dollar təşkil edib. Əvəzində onlayn maqazinlər vasitəsilə satış 44%, abunə xidmətləri 36% artıb.
Şirkət növbəti rübdə gəlirlərin 110-116 milyard dollar arasında olacağını, koronavirusla əlaqədar 1,5 milyard dollarlıq xərcləri də nəzərə almaqla, əməliyyat mənfəətinin 4,5 milyard - 8 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırır.
HƏMÇİNİN OXU:
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
