Fed-in mesajı: vəziyyət sabitdir, “avtopilot” rejimində davam edirik
Artan inflyasiya Mərkəzi Bankı narahat etmir, faiz dərəcələrini artırmaq isə “hələ tezdir”.ABŞ Mərkəzi Bankı (Fed) və Federal Açıq Bazar Komitəsi iki gün davam edən fiskal siyasət müzakirələrindən sonra mətbuata açıqlama veriblər.
Marja xəbər verir ki, gözlənildiyi kimi, qısamüddətli faiz dərəcələrinin hazırkı həddə - sıfıra yaxın səviyyədə saxlanılması və hər ay ən azı 120 milyard dollarlıq istiqraz və digər borc öhdəliklərinin alınmasının davam etdirilməsi əsas qərarlar sırasındadır.
Fed rəhbəri Cerom Pauell açıqlamasında iqtisadiyyatın sürətli bərpa tempi götürməsinə baxmayaraq, bu prosesin hələ də “hamar və tam olmadığını” bildirib, həmçinin növbəti aylarda inflyasiyanın artacağını qeyd edərək, bunun “qiymətlərdə birdəfəlik artımlarla bağlı baş verdiyini, yalnız müəyyən keçid təsirlərə malik olacağını” vurğulayıb.
Qurum rəsmisi vaksinləşmə prosesinin sürətinə və ötən ay 1 milyon yeni iş yerinin açılmasına baxmayaraq, Mərkəzi Bankın hələ iqtisadi stimullaşdırma tədbirlərini azaltmaq və ya dayandırmaq fikrində olmadığını qeyd edib: “Bizim bundan sonra da əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə etməyimiz müəyyən vaxt aparacaq”.
Pauel son cümləsi ilə Federal Açıq Bazar Komitəsinin bəyanatını təkrarlayıb. Komitənin açıqlamasında bildirilir: “Vaksinləşmə və güclü siyasi dəstək fonunda iqtisadi aktivlik və məşğulluq göstəriciləri yaxşılaşıb. Pandemiyadan daha çox əziyyət çəkən sahələr hələ də zəif olaraq qalır, lakin irəliləyiş nümayiş etdirirlər. Ümumi maliyyə şəraiti əlverişlidir, bu da iqtisadiyyata dəstək və ABŞ ev təsərrüfatlarına və biznesə kredit axını siyasətinin təzahürləridir”.
Komitənin bəyanatı Kommersiya Departamentinin birinci rübün iqtisadi göstəricilərini, o cümlədən ÜDM rəqəmlərini açıqlamasından bir gün öncəyə təsadüf edib. Eskpertlər ÜDM-in 6,5% səviyyəsində artacağını proqnozlaşdırır. Mart ayı üzrə açıqlanan istehlak qiymətləri indeksi inflyasiyanın 2,6% təşkil etdiyini, bunun isə 2018-ci ilin avqustundan etibarən ən iri illik artm olduğunu göstərir. Goldman Sachsın proqnozları inflyasiyanın 2024-cü ilə qədər Fed-in hədəflədiyi səviyyədə qalacağını, 2021-ci ilin sonuna 2,05%, növbəti 3 il ərzində isə müvafiq olaraq 2, 2,1 və 2,2% təşkil edəcəyini ehtimal edir.
Həmçinin oxu
Fed faiz qərarını açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
56 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























