Apple yenə hamını qabaqlayıb - 90 milyard dollar
Iphone, iPad və Mac satışlarında fantastik artım baş verib.
Amerikan transmilli texnologiya korporasiyası, ABŞ İT sənayesində beş ən iri şirkətdən biri olan Apple Inc. ötən gün 2021-ci təqvim ilinin birinci rübünün (Apple maliyyə sisteminə görə ikinci fiskal rübünün) nəticələrini investorlara və ictimaiyyətə açıqlayıb. Marja qurumun rəsmi saytına istinadla xəbər verir ki, ümumi gəlirlər 54%-ə qədər artaraq, 89,6 milyard dollara çatıb. Refinitiv və digər analitiklərin proqnozları ilə müqayisədə şirkətin faktiki göstəriciləri aşağıdakı kimidir:
Səhm başına gəlir - 1,40 dollar (proqnoz - 0,99 dollar)
Ümumi gəlirlər - 89,58 milyard dollar (proqnoz - 77,36 milyard dollar, illik ifadədə artım - 53,7%)
o cümlədən:
iPhone satışı - 47,94 milyard dollar (proqnoz - 41,43 milyard dollar, artım - 65,5%)
Xidmət gəlirləri (iCloud, AppStore, Apple Music və s.) - 16,90 milyard dollar (proqnoz - 15,57 milyard dollar, artım - 26,7%)
Mac noutbuk və cihazlarının satışı - 9,10 milyard dollar (proqnoz - 6,86 milyard dollar, artım - 70,1%)
iPad gəlirləri - 7,80 milyard dollar (proqnoz - 5,58 milyard dollar, artım - 78,9%)
Digər məhsul satışları - 7,83 milyard dollar (proqnoz - 7,79 milyard dollar, artım - 24%)
Xalis mənfəət - 23,63 milyard dollar, artım - 100%-dən artıq
Gross marja - 42,5% (proqnoz - 39,8%)
Beləliklə, şirkət son iki rübdür ki, əsas məhsul seqmentlərinin hamısında ikirəqəmli artım tempi göstərir. Xüsusən Mac noutbuklarının satışında artım Apple-ın daha öncə bu kompüterlərdə istifadə etdiyi Intel prosessorları əvəzinə, öz istehsalı olan və batareyaların daha çox uzunömürlülüyünü təmin edən M1 çiplərinin tətbiqi hesabına baş verib. Həmçinin, ötən il yeni 5G funksiyalı iPhone modellərinin istifadəyə verilməsi bu məhsulun da satışını kifayət qədər artırıb. “Soft” bölməsində xüsusi çəkiyə malik App Store-da ödənişli abunəçilərin sayı 660 milyona çatıb ki, bu da ötən rübün göstəricilərindən 40 milyon artıqdır.
“Bu rübün nəticələri həm müştərilərimizə həyatlarının bu anlarını necə keçirməkdə yardım edən məhsullarımızın dayanıqlı təkmilləşmə üsullarını, həm də istehlakçıların hamımız üçün daha yaxşı günlərlə əlaqədar göstərdikləri optimizmi əks etdirir” – Apple baş direktoru Tim Kukun açıqlamasında bildirilib. Nəticələr açıqlandıqdan sonra şirkətin səhmləri 4% bahalaşıb.
Xatırladaq ki, digər ABŞ texnoloji nəhəngləri - Microsoft və Google bu həftə ərzində birinci rübün nəticələrini açıqlayıblar. Daha bir iri şirkət - Amazon isə bugün Bakı vaxtı ilə axşam saatlarında 2021-ci ilin ilk 3 ayına dair təqdimat edəcək.
Həmçinin oxu
ABŞ texnologiya nəhənglərindən fantastik artım
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
