Sahibkarlar üçün yeni imkanlar yaradılacaq
Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun təşəbbüsü ilə “25 aprel - Sahibkarlar Günü”nə həsr olunmuş müzakirə keçirilib.
Onlayn formatda aparılan müzakirələrdə KOBİA-nın, Azpromonun, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Azexport.az–ın təmsilçiləri iştirak ediblər. “Sahibkarlığın inkişafı üzrə qurum və təşkilatlar arasında birgə əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Tədbirdə adı çəkilən qurumların nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı tətbiq edilən yenilikləri bölüşüblər. İştirakçı qurumlar arasında daha effektiv əməkdaşlığın qurulması, maliyyə resurslarının sahibkarlar üçün əlçatanlığı, sahibkarlara vergi güzəştləri və maarifləndirmə işləri, iş adamlarını maraqlandıran aktual mövzularla bağlı müzakirələr aparılıb.
Sonda yeni əməkdaşlıq təklifləri müzakirə olunub. Yaxın aylarda aidiyyəti qurumlar sırasına Dövlət Gömrük Komitəsi, AKİA, ABAD kimi təşkilatların da cəlb olunması, sahibkarlığa dəstək yönümlü geniş platforma üzərindən xidmətlərin təqdim edilməsi məqsədəuyğun sayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















.jpg)


