Aqrar əmtəə qiymətləri son 9 ilin rekord səviyyəsinə yaxınlaşdı
Bloomberg Kənd təsərrüfatı İndeksi, 2012-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.
Aqrar məhsulların qiymətlərinin artması son günlərdə təklif (istehsal) narahatlıqları ilə sürətlənib. MArja xəbər verir ki, Bloomberg Kənd təsərrüfatı İndeksi 2012-ci ilin Noyabr ayından bu yana ən yüksək səviyyəyə çataraq az qala 9 ilin ən yüksək səviyyəsini görüb.
Son dövrdəki yüksəlişə soya liderlik edib. Argentinada yağışlar soya əkinini, ABŞ-dakı soyuq hava isə məhsulun yığılmasına mənfi təsir edib. Zəif təklifə qarşılıq güclü Çin tələbi qiymətlərin yüksəlməsinə səbəb olur. Soya paxlasının qiyməti səkkiz ölkədə son 10 ilin ən yüksək səviyyəsini test edib.
Soya qiymətlərindəki artıma əlavə olaraq buğda və qarğıdalı qiymətləri də quraqlıq və soyuq hava şərtləri səbəbilə yüksəlir.
Buğda qiymətləri, həm ABŞ, həm də Rusiyadakı mənfi iqlim şərtlərinin təklif tərəfində yaratdığı təzyiqin təsirilə 2014-cü ildən bu yana ən yüksək səviyyələri görüb.
Braziliya və ABŞ-dakı quraqlıq ilə əlaqədar olaraq gecikən əkinlər qarğıdalı qiymətlərini 2013-cü ildən bu yana ən yüksək səviyyələrə yüksəldib.
Söz mövzusu şərtlər sərmayəçilərin, aqrar məhsullarda bahalaşma istiqamətində mövqe tutmalarını artırır. Çikaqo Birjasında qarğıdalı qiymətinin artacağı proqnozu ilə açılan xalis mövqelər 10 ilin ən yüksək səviyyəsinə çatıb. Digər aqrar əmtəələrdə də bənzər vəziyyət söz mövzusudur.
Əmtəə qiymətlərindəki artım, qlobal qida qiymətləri üzərindəki narahatlıqları artırır. FAO Qida Qiymət İndeksi hal-hazırda 2014-cü ilin ortasından bu yana ən yüksək səviyyədədir. İstehsalda çətinliklərin davam etməsi vəziyyətində qida qaynaqlı bir qlobal inflyasiya çətinliyi daha da çox risk yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
10 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
