“VTB Bank Azərbaycan” əməliyyat zərərindən xilas olmağı bacarmayıb
“VTB Bank Azərbaycan” ASC 2021-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “VTB Bank Azərbaycan” ASC 2021-ci ilin 1-ci rübünü 179 min manat xalis mənfəət ilə başa vurub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfəyə yaxın azdır. Bank 2020-ci ilin ilk rübnü 1 milyon 399 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə “VTB Bank Azərbaycan”ın xərcləri gəlirlərini üstələdiyindən Bankın 1 milyon 68 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 247 min manat hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 179 min manat xalis mənfəəti formalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə də “VTB Bank Azərbaycan”ın xərcləri gəlirlərini üstələdiyindən 3 milyon 640 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 39 min manat hesabına həm əməliyyat zərəri bağlanmış, həm də Bankın 1 milyon 399 min manat xalis mənfəəti formalaşmışdı.
“VTB Bank Azərbaycan”ın gəlirlərinin artması əməliyyat zərərinin azalmasına səbəb olub.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “VTB Bank Azərbaycan” ASC 184 milyon 380 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 141 milyon 587 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda Bank 187 milyon 341 min manat cəmi aktivlərə, o cümlədən 125 milyon 870 min manat kredit portfelinə malik idi.
31 Mart 2021-ci il tarixində “VTB Bank Azərbaycan” 60 milyon 351 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 39 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























