“Yapı Kredi Bank Azərbaycan” ilk rüb üzrə maliyyə göstəricilərini açıqladı
2021-ci ilin ilk rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, bankın cəmi balans kapitalı ötən dövrlə müayisədə artaraq 81 milyon 965 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixində ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 41 milyon 369 min manata manat təşkil edib.
Bankın cari ilik ilk 3 ayında xalis faiz gəliri 5.9 milyon manat olmuşdur. Həmçinin, I dərəcəli kapitalının adekvatlıq əmsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 14.19% artaraq 43.12%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 13.02% artaraq 43.91%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 21.10%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 9% olmalıdır.
2021-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 73.5 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 37 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"





















