Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə azalıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 2,1 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının statisstikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 65% və yaxud 2,9 dəfə azdır.
Yanvar-mart aylarında BOKT-ların gəlirləri 18 milyon manat (illik müqayisədə 23,1% az), xərcləri 13,6 milyon manat (3% çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (24% az), mənfəət vergisi ödəmələri isə 0,4 milyon manat (76,5% az) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-larin aktivləri 322,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,65% azdır. Bunun 229,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,7% kiçilib.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 14% azalaraq 179,4 milyon manata düşüb, balans kapitalı isə 1,7% artaraq 143,4 milyon manata çatıb.
Həmçinin oxu
Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıb“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 13 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























