Şənbə gününün havası açıqlandı
Aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
15 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
15 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
16 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu























