İpoteka və Kredit Zəmanət Fondu internet səhifəsində “Rəy və təkliflər” bölməsi istifadəyə verilib
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılması ilə bağlı hazırlıq işlərinin başladığı vaxtdan bugünə kimi mexanizm üzrə vətəndaşların tələb və istəklərinin öyrənilməsi üçün müntəzəm olaraq sorğular təşkil edir.
Fondun yaydığı məlumata görə, bununla əlaqədar, Fond tərəfindən vətəndaşların kirayə mexanizminə dair rəy və təkliflərinin əldə olunması prosesinin sürətləndirilməsi və daha da sadələşdirilməsi məqsədilə rəsmi internet səhifəsində (www.mcgf.gov.az) “Rəy və təkliflər” bölməsi yaradılıb. Qeyd olunan bölmə “Sorğu anketi” və “Kirayəçi məmnunluğu” altbölmələrindən ibarətdir.
“Sorğu anketi”ndən istifadə edərək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil sahibi olmaq istəyən vətəndaşlar yaşayış sahələrinə dair tələblərini (ərazi, otaq sayı, mənzilin sahəsi və s.), kirayəçilər isə əldə etdikləri mənzillərlə bağlı rəy və təkliflərini qeyd edə biləcəklər.
Kirayəçilərdən Fonda yazılı şəkildə və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsilə daxil olan məktublar isə “Kirayəçi məmnunluğu” bölməsində yerləşdirilir.
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən, “1549” Çağrı Mərkəzinə zəng etməklə və ya 2 saylı Bakı ASAN Kommunal və ya Sumqayıt Asan xidmət mərkəzinə yaxınlaşaraq, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























