"Azərbaycanda hər 100 manatlıq əməliyyatın 62 manatı elektron bankçılığın payına düşür"
"Bank sektorunda innovasiya texnologiyalarının tətbiqinə pandemiyadan çox öncə başlanılıb və pandemiyanın daha çox vüsət alması rəqəmsallaşmanı sürətləndirmişdi. Pandemiya insanların bulud texnologiyalarına, süni intellekt həllərinə olan inamı daha da artırıb".
Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, artıq vətəndaş və biznes mühiti daha çox internet həllərdən daha aktiv istifadəyə başlayıb:
“Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan araşdırmaya görə, məhz pandemiya dövründə son ilki illə müqayisədə rəqəmsal ödəniş alətlərindən istifadə edənlərin sayı 21 % artıb.
Pandmeiyanın təsirləri məhz ölkəmizdə də rəqəmsallaşmada və internet bankçılığının həyata keçirilməsində öz töhfəsini verib. Belə ki, 2020-ci ilin sonuna ölkə banklarında mövcud olan cari hesabların sayı 2019-cu illə müqayisədə 16 % artıb. Həmçinin cari hesablardan həyata keçirilən müştəri ödənişlərinin sayında 53 % artım müşahidə edilib. Burada məhz internet bankçılığının payı kifayət qədər böyükdür. 2020-ci il müştərilərin cari hesablarında apardıqları köçürmələrinin sayının 75 %-i, həcminin isə 62 %-i elektron bankçılığının xidmətlərin payına düşür. Başqa sözlə desək cari hesablarda aparılan hər 100 manatlıq əməliyyatın 62 manatı internet yaxud mobil bankçılığın payına düşür”.
AMB rəsmisi deyib ki, bank sektorunun rəqəmsallaşması həmçinin qarşıya bir sıra problemlərin həllini qoyur:
“Bunlardan da biri və önəmlisi maliyyə xidmətlərinə əlçatanlığın artırılması, maliyyə intensivliyinin genişləndirilməsi məsələsidir. Dünya Bankının apardığı sorğulara əsasən məhz 2017-2018-ci illərdə dünya əhalisinin hələ də 1,7 mlrd hissəsi bank hesablarına malik deyillər. Bu respondentlər üzrə aparılan sorğularda onların 22 %-i bank filial və şöbələrindən uzaq düşdüklərini bildirirlər".
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























