AMB pandemiya ilə əlaqədar banklara edilən güzəştlərin müddətini uzatdı
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydasına müəyyən dəyişiklər və əlavələr edib.
AMB-nin verdiyi məlumata görə, Qaydanın kreditlərin təsnifləşdirilməsi haqqında olan hissəsində kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.
Kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pis pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.
1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər isə restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədər olan təsnifat kateqoriyasının pisləşdirmə tarixi 1 yanvar 2021-ci ildən 1 aprel 2021-ci il tarixinədək uzadılıb.
Əlavələrə gəldikdə, tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri isə artıq 1 aprel 2021-ci il tarixinədək 20%-li (0,2 əmsallı) risk qrupuna aid edilir.
Maliyyə sisteminə də toxunan qanun, sistem və sistem əhəmiyyətli olmayan banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalına tələbin yerinə yetirlimə tarixi üç ay azaldılaraq 1 iyul 2021-ci ildə təyin olunub.
Bundan əlavə, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 2020-ci ildə təxirə salınsa da, Qaydanın yeni əlavəsinə görə, artıq 1 iyul 2021-ci il tarixindən sonra ödənilməlidir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















