Silikon Vadisindən Dubay səhrasına səyahət
95 milyard dollarlıq şirkət Orta Şərq və Afrikada ilk ofisini açır.Silikon vadisinin ən dəyərli özəl fintech şirkətlərindən biri Stripe biznesini müxtəlif regionlara doğru genişləndirir. Marja xəbər verir ki, şirkət Orta Şərq və Şimali Afrika üzrə ilk ofisini Birləşmiş Ərəb Əmirliklərində - Dubayda açmaq qərarına gəlib.
“BƏƏ-də startaplar üçün həddən artıq əlverişli şərait mövcuddur. Rəqəmsal iqtisadiyyat əsl bumunu yaşayır. Biz Stripe texnologiyasını gətirmək üçün bu bazarda böyük imkanlar görürük. Çünki hələ də qloballaşmayan böyük potensiallı yerli şirkətlər var və onlara böyüməkdə və daha çox investorlar cəlb etməkdə kömək edəcəyik. Ötən il təkcə Əmirliklərdəki startaplara 600 milyon dollara yaxın qlobal investisiyalar yatırılıb.” - Stripe-ın Avropa, Orta Şərq və Afrika üzrə biznes direktoru Matt Henderson bazar ertəsi ABŞ-ın CNBC televiziyasına müsahibəsində bildirib.
Pandemiyanın yaratdığı məhdudiyyətlər elektron ticarət platformalarına tələbatı kəskin artırıb. Birləşmiş Ərəb Əmirlikləri də bu baxımdan istisna deyil. Beynəlxalq Ticarət Administrasiyasının proqnozlarına görə, ölkənin elektron ticarət bazarı 2022-ci ilə qədər 27 milyard dollara qədər böyüyəcək. Əmirlik bir sıra uğurlu regional şirkətlərə də ev sahibliyi edir. Hələ 2019-cu ildə Uber yerli avtomobil icarə şirkəti Careem-i 3,1 milyard dollara satın almışdı. Orta Şərq və Afrikadakı ilk icazəli musiqi yayımı platforması Anghami isə ötən ay Nyu-Yorkun NASDAQ birjasında listinqə çıxacağını bildirib.
Stripe 2010-cu ildə iki İrlandiyalı qardaş - Patrik və Con Kollisonlar tərəfindən qurulub. Teslanın rəhbəri Elon Maskın ilk investorlarından olduğu şirkət ilin əvvəlindəki maliyyələşmədə 95 milyard dollar bazar dəyərinə çatıb. Hazırda Stripe onlayn ödəniş və ticarət bazarında PayPal, Adyen və Square ilə başabaş rəqabət aparır.
HƏMÇİNİN BAX:
Silikon vadisinin "sakinindən" tarixi rekord - 95 MİLYARD DOLLARLIQ BAZAR DƏYƏRİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















