“PAŞA Bankın bazar payı 17%-ə yüksəlib”
2018-2020-ci illəri əhatə edən strategiyanın həyata keçirilməsi nəticəsində PAŞA Bankın aktivlər üzrə bazar payı 13%-dən 17%-ə yüksəlib.
Marjanın məlumatına görə, bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov bildirib.
Taleh Kazımov əlavə edib ki, PAŞA Bankın cəmi aktivləri 6 milyard manatı keçib, 3 il ərzində kredit portfeli 112% artaraq 2,2 milyard manata çatıb. Kreditlərin 89%-i real sektora ayrılıb. Bank kredit portfeli üzrə 25% bazar payına malikdir. Dövlət təşklatlarına verilən kreditlər PAŞA Bankın cəmi kredit portfelinin 2%-ni təşkil edir. PAŞA Bank böyük böyük bir qrup daxilində olan aktivdir, Bankın ümumi portfelində aidiyyatı olan şəxslərə, şirkətlərə, bizneslərə verilən kreditlərin xüsusi çəkisi cəmi 3,7%-dir.
"PAŞA Bank 2018-ci ildə kiçik və orta sahibkarlıq seqmentinə daxil olmağa qərar verdi. Birinci il biz institusional inkişaf və komandanın yığılması ilə məşğul olduq. Növbəti 2 il ərzində PAŞA Bankın kiçik və orta sahibkarlar üzrə kredit portfeli 600% artaraq 154 milyon manata çatmışdır. Aktiv müştərilərin sayı 1500-dən 8900-adək artıb. 2 il ərzində bunlar böyük artımdır",- Taleh Kazımov deyib.
Bankın sədri qeyd edib ki, 2021-2023-cü illər ərzində PAŞA Bank korporativ kredit portfelini 2 milyard manatdan 3 milyard manata, kiçik və orta sahibkarlıq üzrə portfelini isə 2 dəfə artıraraq 350 milyon manata çatdırmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























