"Azərsığorta"nın mənfəəti cüzi artıb
Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2020-ci ili 1 milyon 919 min manat mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2 % çoxdur.
Ötən il "Azərsığorta"nın gəlirləri 82 milyon 102 min manat (illik müqayisədə 51 % çox), xərcləri isə 80 milyon 183 min manat (52,8 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 54 milyon 525 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 52,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 97,9 % artaraq 35 milyon 775 min manata, balans kapitalı isə 6,1 % artaraq 18 milyon 751 min manata çatıb.
Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















