Maliyyə bazarlarında son vəziyyət
Almaniya, Fransa və İspaniyaya dair müsbət fundamental göstəricilərin açıqlanmasından sonra EUR/USD məzənnəsinin ucuzlaşması dinamikası zəifləyib. Lakin ucuzlaşma davam edir və GBP/USD məzənnəsi də 1.37$-ı qırmaq üzrədir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da İngiltərədən, 11:55-də Almaniyadan, 13:00-da Avrozonadan önəmli fundamental göstəricilər də dərc ediləcəkdir.
USD/JPY və USD/TRY məzənnələri də dəyər qazanmaqdadır. Yen son bir ilin, lirə isə tarixi minimum səviyyələrinə yaxınlaşıblar.
Amerikanın istehlak inamı və daşınmaz əmlak bazarında qiymətlərə dair göstəricilərin də müsbət açıqlanması fonunda bahalaşan dollar, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. Hazırda bir unsiya üzrə qiymət 1682$-ın altında ticarət edilir.
Foreks bazarlarında bahalaşan dollar ilə yanaşı kriptovalyuta birjalarında bitkoin də dəyər qazanmaqdadır. Təhlillərə əsasən, BTC/USD qiymətində müşahidə edilən bahalaşma, dar dəhliz daxilində korreksiyadır. Maliyyə bazarlarında institutsional investorlar Amerikada faizlərin artması fonunda alternativ bazarlardan yüksək volatillik üzündən uzaq durmağa başlayıblar. "Tesla effekti" də azalmağa başlayıb.
Beləliklə, sonuncu dəfə 50347$-da dəstək görərək, BTC/USD məzənnəsi üzrə dəhlizin yuxarı sərhədinin 65000$-a kimi genişləndirilməsi proqnozlaşdırılır. Sözügedən səviyyə də güclü müqavimət səviyyəsidir və buradan yenidən dəhlizin aşağı sərhədinə - 54000$-a kimi bitkoin ucuzlaşa bilər.
Qeyd etmək lazımdır ki, təhlillər dollar indeksinin əlavə olaraq 1.5% də yüksələ biləcəyini proqnozlaşdırmağa əsas verir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
15 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 17 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





