Hindistan onlarla ölkəyə koronavirus peydəndinin ixracını dayandırdı
Ölkənin Serum İnstitutu ÜST-ün beynəlxalq “Covax” sxemində ən böyük təchizatçıdır.
Dünyanın ən böyük peyvənd istehsalçılarından olan Hindistan bugündən etibarən koronavirus pandemiyasının ikinci dalğası səbəbindən ölkədən xaricə vaksin ixracına qadağa qoyub. Beynəlxalq peyvənd istehsalında lider olan Hindistanın Serum İnstitutu hökumət tərəfindən ona ən azı iki-üç aylıq bütün təchizatları dondurmaq göstərişi verildiyini bildirib.
Şübhəsiz ki, bu qərar yoxsul ölkələri 2021-ci ildə ən azı 2 milyard doza peyvəndlə təmin etmək öhdəliyi götürən Ümümdünya Səhiyyə Təşkilatının koronavirus peyvəndinin istehsalına dair “Covax” proqramına ciddi zərbədir. Serum İnstitutu 2021 və 2022-ci illərdə 550 milyon Oksford-AstraZeneca vaksininin və 550 milyon ədəd Novavax peyvəndinin təchizatına dair müqavilə imzalayıb. Bu isə müəssisənin illik istehsal gücünün 80%-i deməkdir.
Hindistan koronavirus infeksiyasının yeni dalğasının gücləndiyi şəraitdə aprelin 1-dən etibarən 45 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə start verir. Ötən sutka ölkədə 53 min günlük yoluxma faktı qeydə alınıb ki, bu da 2020-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Hazırda Hindistan 11,8 milyon nəfər yoluxan və 161 min ölüm sayı ilə dünya sıralamasında 3-cü yerdə qərarlaşıb.
Hələlik AstraZeneca, Novavax və ÜST məsələ ilə bağlı şərh verməkdən imtina edib. Məlumatlar yeniləndikcə əlavə informasiya təqdim ediləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
11 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
