"Fitch": MDB regionunda mərkəzi banklar monetar siyasətlərini sərtləşdirəcək
"Fitch Ratings" beynəlxalq agentliyinin analitiklərinin proqnozlarına görə, 2021-2022-ci illərdə MDB regionunun (Gürcüstan və Ukrayna da daxil olmaqla) bir çox ölkəsində mərkəzi banklar monetar siyasətini sərtləşdirəcək.
Agentliyin məlumatına görə, artım miqyası, 2014-2015-ci illər sonrası dövrlə müqayisədə daha mülayim olacaq.
"Fitch" monetar siyasətdə dəyişikliyin əsas səbəbi kimi, COVID-19 pandemiyası fonunda artan inflyasiya təzyiqini göstərir. Bildirilir ki, MDB-də monetar siyasəti sərtləşdirən sonuncu ölkə Rusiya (martın 19-da uçot dərəcəsini 0,25 faiz bəndi çoxaldaraq 4,5%-ə yüksədib), ilk ölkə isə Ermənistan olub (dekabrdan bəri uçot dərəcəsini 1,25 faiz bəndi çoxaldaraq 5,5%-ə qaldırıb).
Ukrayna, Gürcüstan isə martda uçot dərəcəsini 0,5% faiz bəndi artıraraq müvafiq olaraq 6,5%-ə və 8,5%-ə qaldırıb.
Qeyd edək ki, sərt pul siyasəti inflyasiyanın azaldılmasına yönəldilmiş siyasətdir və bu zaman mərkəzi banklar kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 19-da verdiyi qərara əsasən, uçot dərəcəsi 6,25% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb. Bundan əlavə, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
33 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib




























